"Ən son söyüşləri söymək istəyirəm ki..."

14 Yanvar 2022 12:46

Ötən gecədən mediada İsmayıllıda fəaliyyət göstərən uşaq bağçasında körpəyə qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb. Görüntülərdə qadının körpənin çörəyi yeməsini israr edir və başına sillə vurur. Görüntülər hər kəsdə əsəb aqressiya hissi yaradır. Məşhurlar da bu məsələyə diqqətsiz yanaşmayıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Baxşəliyev sosial media hesabında məlum hadisə ilə bağlı paylaşım edib:

"Tərbiyəsiz tərbiyəçi. Belə insanlar necə bağçada tərbiyəçi olur?Kim təyin edir onlar?Hansı meyarlara görə təyin edirlər.Bunun vidinə fasonuna bax.Ən son söyüşləri yazmaq istəyirəm ki,hirsim soyusun".

Milli.Az