Qaz sayğacları dəyişdirilir

14 Yanvar 2022 11:02

"Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev bildirib ki, bütün dünyada smart-kart tipli sayğaclar artıq istehsalatdan çıxır və İstehsalat Birliyi də artıq bu sayğacların alınmasını qismən dayandırıb:

Milli.Az bildirir ki, "Azəriqaz" növbəti ildə 60 minə yaxın belə sayğacların alacaq.

"Yəqin ki, bu bizim son müqaviləmiz olar. Artıq Avropada belə bu sayğaclar ümumiyyətlə istehsal olunmur və istismardan yığışdırılır", - R.Əliyev deyib.

Milli.Az