Hindistanda qatar qəzası - 9 ölü, 45 yaralı

14 Yanvar 2022 16:52

Hindistanda qatar qəzasında 9 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Quvahati-Bikaner marşrutu üzrə hərəkətdə olan sərnişin qatarı Qərbi Benqal ştatının Maynaquri rayonunda relsdən çıxıb.

Ən azı 12 vaqonun relsdən çıxaraq çevrilməsi nəticəsində 9 nəfər ölüb, 45 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 10-nun vəziyyəti ağırdır.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Hadisə yerində araşdırma aparılır.

Milli.Az