Könül Kərimova uşağı döyən tərbiyəçi haqda: "Şilləni ona vuracağam"

14 Yanvar 2022 11:34

Əməkdar artist Könül Kərimova sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə bağlı yayılan videoya münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, görüntüləri görəndə əsəbiləşdiyini vurğulayan müğənni bunları əlavə edib:

"Ürəyim qısıldı... Səni zəlil qalasan. Əllərin qırılıb yanına düşsün. O uşaq sənin dediyini başa düşmür axı. Yazıq uşaq çörəyini yemək istəyir. Qolların sınsın, niyə qoymursan? Allah bəlanızı versin. Anası da kor qalsın, elə bağçaya, tərbiyəçiyə uşaq etibar edərlər? Bir baxın, axtarın sonra... Bu baxçanı, o qadını tanıyan varsa mənə yazın. Onu tapıb şillənin yekəsini onun başına vuracağam".

Milli.Az