"Adi günlərdə olduğu kimi sıxlıq müşahidə olunur"

14 Yanvar 2022 10:16

Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə heç bir təsir etməyib.

Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı avtobusların intervalında gecikmələr qeydə alınmayıb:

"Adi günlərdə olduğu kimi səhər pik saatlara uyğun nəqliyyat sıxlığı müşahidə olunur", - deyə M.Ağayev bildirib.

Milli.Az