Bu səhifə hərracda 3,36 mln. dollara satıldı - FOTO

14 Yanvar 2022 12:58

Hörümçək adamın komiks səhifəsi Texasdakı "Heritage Auctions" hərracında 3,36 mln. dollara satılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.

Məlumata görə, illüstrasiya 1984-cü ilə aiddir. Rəssam Mayk Zek məşhur komiks personajını ilk dəfə qara kostyumda canlandırıb.

Hərrac evinin vitse-prezidenti Co Maddalena telekanala bildirib ki, Hörümçək adam komiksinin səhifəsindən sonra "Supermen"in ilk buraxılışının yüksək keyfiyyətli nüsxəsi realizə edilib. Sözügedən lot 3,18 mln. dollara satılıb.

Milli.Az