FIFA “Qarabağ”ın rəqibini cəzalandırdı

15 Yanvar 2022 19:56

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" növbəti 2 transfer pəncərəsində futbolçu ala bilməyəcək.

Bu barədə "L`Equipe" nəşri məlumat yayıb. FİFA-nın Fransa klubuna qadağa qoyduğu və Liqa 1 təmsilçisinin növbəti 2 transfer pəncərəsində heyətinə oyunçu qata bilməyəcəyi qeyd olunub.

Xatırladaq edək ki, "Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Milli.Az