Mühafizəçi işlədiyi teatrın şaxtasına düşdü

14 Yanvar 2022 12:52

Gəncə şəhərində teatr binasında bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında mühafizəçi işləyən 1998-ci il təvəllüdlü, Gədəbəy rayon sakini Cəsur Mahmudov yıxılıb.

O, mühafizəçi işlədiyi və hazırda təmiri gedən teatrın şaxtasına düşərək xəsarət alıb.

Araşdırma aparılır.

Milli.Az