Ceyhun Bayramovdan Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım

14 Yanvar 2022 09:40

"Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur".

Milli.Az xəbər verir ki, bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter səhifəsindəki paylaşımında yer alıb.

"Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun! Birdir bizim hər halımız, diləyimiz, amalımız, bayraqlarda hilalımız", - paylaşımda qeyd olunub.

Milli.Az