Omskda polis 15 yaşlı məktəbli qızı zorlamaqda şübhəli bilinən 38 yaşlı yerli sakini saxlayıb.
Milli.Az xəbər verir ki, bu barədə lenta.ru-ya Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib. İstintaqın məlumatına görə, cinayət yanvarın 13-nə keçən gecə törədilib. Zərərçəkənin anası işdə olarkən qıza təcavüz edib. Hadisədən xəbər tutan qadın polisə müraciət edib. Hücum edən şəxs ağacda gizlənməyə çalışsa da, buna nail ola bilməyib. Polis FHN-nin əməkdaşları ilə birlikdə onu ağcaqayın ağacından çıxarıb.
Anar Əli
Milli.Az