Məşhur qrupun solisti 11 yaşında zorlanıbmış - İlk qurbanlarından biri mən olmuşam

14 Yanvar 2022 09:58

Müğənni Lena Katina 11 yaşında üzləşdiyi zorlama faktından danışıb.

Milli.Az xəbər verir ki, yalnız illər sonra t.A.T.u qrupunun keçmiş solisti "Mən utanmıram" layihəsinin psixoloqu Dina Dianovaya təcavüzkarın hücum zamanı davranışı barədə danışıb. "O qorxurdu. Bunu xatırlayıram. Sonralar baş verənləri təhlil edərək onun nə qədər, dəhşətli dərəcədə əsəbi olduğunu başa düşdüm. Ola bilsin ki, onun ilk qurbanlarından biri mən olmuşam, ya da bəlkə o, sadəcə olaraq belə bir tipə malikdir. Deyə bilmərəm", - deyə sənətçi bildirib.

Anar Əli
Milli.Az