Afaq Gəncəli daha bir verilişdə aparıcılıq edəcək

14 Yanvar 2022 09:10

Aparıcı Afaq Gəncəli "Şourum" adlı yeni layihəsi ilə tamaşaçıların qarşısına çıxacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, veriliş tezliklə "Xəzər TV"də yayımlanacaq.

Artıq sosial şəbəkədə anonsu da yayımlanan proqramda aparıcı şou-biznesdəki məşhurlarımızdan danışacaq.

Qeyd edək ki, Afaq Gəncəli həftə içi 5 gün "Xəzər TV"də nümayiş olunan "Səhər mərkəzi" verilişində də aparıcılıq edir.

Milli.Az