Cansu reklamdan 2 milyon qazandı

14 Yanvar 2022 09:22

Hazırda "Sadakatsız" serialında rol alan aktrisa Cansu Dere kosmetika brendlərindən birinin siması seçilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa reklam çəkilişindən 2 milyon lirə (təxminən 254 min 600 manat) qazanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Cansu Derenin amerikalı dünya çempionu, qılıncoynadan Maylz Çemli-Uotsonla eşq yaşadığı üzə çıxıb.

Milli.Az