Biz 2022-ci ildə yaşayırıq, onlar isə 2972-ci ilə qədəm qoyurlar - VİDEO

14 Yanvar 2022 18:30

Mərakeşdə yaşayan bərbərlər öz təqvimlərinə görə 2972-ci ilin gəlişini ənənəvi geyimləri və xüsusi yeməkləri ilə qeyd edirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hər il yanvarın 13-də Mərakeşdə "Yanvar Gecəsi" adlandırılan Yeni il axşamı şənlikləri keçirilir.

Yüz illərdir adət-ənənələrinə uyğun olaraq bu bayramı qeyd edən bərbərlər yeni ilin bolluq və bərəkət gətirməsini arzulayırlar.

Milli.Az