Xaçmazda oğulu tərəfindən balta ilə xəsarət yetirilən Sənəm Sultanova dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya bildirilib.
S.Sultanova ötən gün müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi.
Xatırladaq ki, Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib.
Hadisə rayonun Əzizli kəndində qeydə alınıb.
Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.
İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində yetirib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Milli.Az