İtaliyada taun səbəbilə ov etmək qadağan edilib

14 Yanvar 2022 09:00

Donuzlarda Afrika taunu xəstəliyi ilə əlaqədar İtaliyanın bir neçə bölgəsində ov etmək qadağan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qadağa ölkənin iki şimal bölgəsinə şamil edilir. Ölkənin şimal-qərbində yerləşən Piemont şəhərində donuzların Afrika taunu ilə yoluxmuş çöl donuzu tapılıb.

İtaliya Milli Kənd Təsərrüfatı Konfederasiyasının məlumatına görə, ölkədə donuzların sayı təxminən 8,9 milyon başdır.

Milli.Az