"Finalda "Real" və "Barselona"nı görmək əla olardı"

6 Mart 2012 13:56
UEFA prezidenti Mişel Platini bu mövsüm Çempionlar Liqasının (ÇL) finalında görmək istədiyi komandaların adlarını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Platini "Canal+"a açıqlamasında "Real" (Madrid) və "Barselona"nı ÇL-in finalında görmək istədiyini bildirib:

"Bu mövsüm Çempionlar Liqasında ingilis və italyan klublarının işi çox çətin olacaq. Ancaq "Barselona" və "Real"ın şansları yüksəkdir. Məhz bu komandaları turnirin qalibi kimi görürəm. "Real" və "Barselona"nı finalda görmək əla olardı.

Bu komandalar arasında La Liqada da gərgin mübarizə gedir. Lakin 10 xallıq fərq heç də az deyil. Bununla belə, mövsümün sonuna hələ çox oyun var. Çempionluq haqda qəti söz söyləmək olmaz. Hansı komanda çempion olursa-olsun, buna layiqdir".

Qeyd edək ki, ötən mövsüm ÇL-in yarımfinalında üz-üzə gələn komandaların dueli "Barselona"nın qələbəsi ilə başa çatmışdı.

Milli.Az