Paytaxtda tıxaclar niyə yaranır? - VİDEO

14 Yanvar 2022 08:30

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda tıxacların yaranma səbəblərindən biri haqqında videoçarx hazırlayıb.

Milli.Az xəbər verir ki, görüntülərdə Bakıdakı tıxaclar işıqforlardakı ləngimələrlə əlaqələndirilir.

Qeyd olunur ki, nəqliyyat sıxlıqlarının başlıca səbəblərindən biri insanların mövcüd vəziyyətə gec reaksiya verməsidir.

Həmin videomaterialı təqdim edirik.

Milli.Az