Bakıda prospektdə piyadanı avtomobil vurub

14 Yanvar 2022 08:08

Aeroport şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şossenin Suraxanı rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Əmirov Pərvin Kamil oğlu şossedə piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu avtomobil vurub.

Piyada ağır xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az