Bu gün bir millət, iki dövlət üçün çox mühüm tarixdir - Azərbaycanın Türkiyədəki səfirliyi

14 Yanvar 2022 08:12

Bu gün bir millət, iki dövlət üçün çox mühüm bir tarixdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyini rəsmi "Twitter" səhifəsində yerləşdirilmiş paylaşımda deyilir.

"Biz dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü fəxr və ruh yüksəkliyi ilə qeyd edirik. Azərbaycan və Türkiyə birlikdə neçə xoşbəxt illərə!", deyə paylaşımda qeyd olunur.

Xaıtrladaq ki, Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.

Milli.Az