Bakıda uşağı avtomobil vurub

14 Yanvar 2022 07:48

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 6 yaşlı uşaq ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Şirin Mirzəyev küçəsində baş verib.

2016-ci il təvəllüdlü Həşimov Əli Səfai oğlunu anası xəstəxanaya müayinə üçün apararkən o valideynin əlini buraxaraq qəfil yola çıxıb. Bu zaman onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az