"Ər-Riyad" Ticarət Mərkəzindəki yanğın söndürülüb - FOTO

14 Yanvar 2022 07:00

07:00

Abşeron rayonunda Ər-Riyad Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində mağazalardan biri yanıb.

Fövqəladə Hallar Naizrliyinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğının ətraf obyektlərə keçməsinin qarşısı alınıb və mağazadakı yanğın söndürülüb.

---------

00:48

Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayon ərazisindəki Ər-Riyad Ticarət Mərkəzində baş verib.

Ticarət mərkəzində dükanlardan birində başlanan qəfil yanğın güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.

Milli.Az