Kraliçanın oğlu bütün titullarından məhrum edildi

13 Yanvar 2022 22:48

Kraliça II Yelizavetanın ikinci oğlu Şahzadə Endryuya verilən bütün hərbi titullar və kral ailəsinin himayədarlığı geri alınıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, York hersoqu titulunu daşıyan şahzadə Endryu rəsmi olaraq "Əlahəzrət" titulundan istifadə etməyi də dayandıracaq.

Endryu cinsi zorakılıqda ittiham olunur.

Milli.Az