Sülhməramlıların bir hissəsi Qazaxıstanı tərk etdi

13 Yanvar 2022 22:47

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Rusiyaya məxsus ilk bölməsi Qazaxıstanı tərk edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Sülhməramlılar 4 hərbi təyyarə ilə İvanovo-Severnı aerodromuna eniş ediblər.

Milli.Az