Naftalanda gənc qız zəhərlənib

13 Yanvar 2022 22:23

Naftalan şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü N.Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az