Ağstafada yol qəzasında 2 nəfər xəsarət alıb

13 Yanvar 2022 22:04

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1983-cü il təvəllüdlü X.Əsgərov və 1987-ci il təvəllüdlü B.Mansırova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az