Yolu azaraq Azərbaycan ərazisinə keçən erməni geri qaytarıldı

13 Yanvar 2022 20:32

Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.

Milli.Az