"Buta Airways" biletlərin qiymətlərini azaldacaq

13 Yanvar 2022 18:08

"Buta Airways" loukoster aviaşirkəti bütün istiqamətlər üzrə biletlərin qiymətini azaldacaq.

Milli.Az bu barədə AZAL aviaşirkətinə istinadən məlumat verir.

"Buta Airways"in bütün istiqamətlər üzrə minimal tarifi koronavirus pandemiyasına qədər olduğu kimi, 29 avroyadək azalacaq. Bu barədə yaxın günlərdə məlumat veriləcək", - deyə məlumatda bildirilir.

Milli.Az