Almaniyanın "Volkswagen" avtomobil konserni və onun çinli tərəfdaşı FAW Çinin Tyantszin şəhərində koronavirusun yayılması ilə əlaqədar iki zavodun fəaliyyətini müvəqqəti dayandırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniya şirkətinin bəyanatında deyilir.
Qeyd olunub ki, həmin zavodlarda FAW-Volkswagen avtomobillərinin, eləcə də avtomobil komponentlərinin istehsalı dayandırılır.
Zavodların fəaliyyətinin nə zaman bərpa olunacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, Tyantszin şəhərində son iki gün ərzində 70-dən çox yoluxma qeydə alınıb.
Milli.Az