“Zorro” qayıdır - Bir ilk olacaq

13 Yanvar 2022 20:42

Dünyaca məşhur Hollivud döyüş filmi "Zorro" yazıçı və rejissor Robert Rodriges tərəfindən serial formatında tamaşaçılara qaytarılacaq.

Milli.Az olay-a istinadən xəbər verir ki, layihədə baş qəhrəman ilk dəfə qadın olacaq və öldürülən Zorronun qızının intiqamından bəhs ediləcək.

NBC-nin istehsal edəcəyi layihənin premyerasının nə vaxt keçiriləcəyi hələlik bəlli deyil.

Milli.Az