Tolik: “MAXE dövlətin kəbinli arvadıdır”

13 Yanvar 2022 16:54

Prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  "Tik-tok" sosial şəbəkəsində izləyiciləri ilə söhbət zaman MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur:

"MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır".

Milli.Az