Sıla ilk dəfə "Poyraz"la əl-ələ görüntüləndi - FOTO

13 Yanvar 2022 18:36

Türkiyəli müğənni Sıla aktyor sevgilisi İlker Kaleli ilə ilk dəfə əl-ələ görüntülənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük aktyorun Rumelihisarındakı evindən çıxarkən obyektivlərə tuş gəlib.

Sevgililər "Bu yay evlənəcəyinizə dair xəbərlər çıxdı, doğrudurmu" sualına "Təşəkkür edirik" deyə cavab veriblər.

Qeyd edək ki, Sıla ilə İlker ötən ilin yay aylarından münasibətdədirlər. Sıla daha əvvəl 11 ay tanınmış aşpaz Hazer Amani ilə evli olub.

Milli.Az