Tibb xidmətlərinin ƏDV-dən azad edilmə müddəti artırıldı

13 Yanvar 2022 15:50

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti 2023-cü il yanvarın 1-dək artırılıb.

Qeyd edək ki, dəyişikliyə qədər bu müddət 2022-ci il yanvarın 1-dək göstərilirdi.

Milli.Az