16 illik münasibət bitdi, boşanırlar

13 Yanvar 2022 15:30

Məşhur ulduzlar Ceyson Momoa və Liza Bone boşanır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu bərədə cütlük birgə məlumat yayıb.

Onlar aralarındakı hörmət və sevgi hissini saxlayaraq bu addımı atdıqlarını vurğulayıblar.

Qeyd edək ki, 2005-ci ildən münasibətdə olan cütlük 2017-ci ildə ailə həyatı qurub. Onların biri oğlan, digəri qız olmaqla 2 övladı var.

Milli.Az