Qvardiola: “Qalatasaray”a azarkeşlik edəcəm”

13 Yanvar 2022 14:30

"Torren çox önəmli və güclü taktika məşqçisidir".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Qalatasaray"ın yeni çalışdırıcısı Domenek Torren barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis "Barselona", "Bavariya" və "Mançester Siti"də köməkçiliyini etmiş Torrenin Türkiyə klubuna keçidini dəyərləndirib. Qvardiolanın fikrincə, "cim-bom" rəhbərliyi doğru seçim edib: "Domenek intizamı sevən, çalışqan mütəxəssisdir. Fikrimcə, o, "Qalatasaray" üçün doğru seçimdir. Bu komandanın oyunlarını mütləq izləyəcəyəm. Artıq mən də "Qalatasaray"a azarkeşlik edəcəyəm".

Qeyd edək ki, Fatih Terimlə yollarını ayıran "Qalatasaray" Domenek Torrenlə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Milli.Az