Runi «Mançester»in ən yaxşı futbolçusudur
5 May 2010 17:08
Britaniya mətbuatının yazdığına görə, azarkeşlərin 83%-i 2009-2010 mövsümünün ən yaxşı oyunçusu kimi məhz gənc hücumçunun adını çəkib. İkinci yeri "qırmızı şeytanlar"ın fransalı müdafiəçisi Patris Evra, üçüncü pilləni isə Antonio Valensiya tutub.
Bu mövsüm Runi "Mançester"in heyətində 26 dəfə fərqlənib. O, 4 qola assisentlik də edib.
Milli.Az