Belçika paytaxtında 2021-ci ildə ən geniş yayılmış ad Məhəmməd olub.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Statbel" statistika agentliyinin məlumatında deyilir.
Bildirilir ki, Brüsseldə 13 595 nəfər bu adın daşıyıcısıdır. İkinci ən məşhur kişi adı olan Janın daşıyıcılarının sayı 6 089 nəfərdir.
Ümumilikdə, Belçikada ən geniş yayılmış ad Jakdır. İkinci və üçüncü yerləri Mark və Patrik adları tutur. Məhəmməd adı isə bu siyahıda 9-cu yerdə qərarlaşıb.
Milli.Az