Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər ölüb

15 Yanvar 2022 19:38

Yanvar ayının əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4,3 mindən artıq insan xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildiriblər.

Məlumata əsasən, ümumilikdə 4 578 nəfər iğtişaşlar zamanı zərər görüb, onlardan 4 353 nəfəri yaralanıb. Yaralananlardan 3 393 nəfəri hüquq-mühafizə orqanları əməkdaşlarıdır.

Milli.Az