Bakı-Rusiya avtomobil yolunda işlərin tamamlanacağı tarix bəlli oldu

13 Yanvar 2022 12:00

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun tikintisinin 2023-cü ilin əvvəlinədək başa çatması planlaşdırılır.

Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan yolun tikintisinə 2018-ci ildə başlanılıb. 30 kilometr uzunluğunda olan birinci hissədə yolun hərəkət hissəsinin çəkilişi artıq başa çatıb. Hazırda 30-cu kilometrdən 90-cı kilometrədək olan hissədə tikinti işləri davam etdirilir. Eyni zamanda, 90-cı km-dən 150-ci km-ə kimi hissədə də yol praktiki olaraq çəkilib. Yol istifadəyə verildikdən sonra Bakıdan Rusiya ilə sərhədə qədər olan məsafə 208 kilometrdən 192 kilometrə enəcək.

Milli.Az