Rusiya Ukraynanı ŞANTAJ ETMƏYƏ BAŞLAYIB - Spiridonov Milli.Az-a AÇIQLADI

13 Yanvar 2022 12:04

"Minsk razılaşmaları çərçivəsində Rusiya qondarma ərazilərin geri qaytarılmasını asanlaşdırmalıdır".

Bunu Milli.Az-a açıqlamasında Ukrayna Diplomatiya İnstitutunun eksperti Nikolay Spiridonov deyib.

Siyasi analitik bildirib ki, indi də Rusiya ilə Ukrayna arasında savaş gedir:

"Ukraynanın şərqindəki Donetsk və Luqansk bölgələri Kiyevin nəzarəti altındadır. Çox güman ki, Dövlət Dumasının qətnaməsi daha çox şantaj və faizləri artırmaq oyununa bənzəyir.

Əgər bu baş verərsə, təbii ki, Ukrayna belə bir qərara etiraz etmək üçün diplomatik tədbirlər görməlidir. Çox güman ki, Qərbin də reaksiyası sərt olacaq, ona görə də Rusiya Federasiyası çətin ki, bu cür hərəkətlərə qərar versin.

Müharibə ehtimalından danışırlar, amma Rusiya ilə aramızda müharibə indi də var. Amma bundan daha iddialı olacağını, total xarakter alacağını düşünmürəm. Ukraynanın Rusiya ilə tam miqyasda mübarizə aparmaq üçün resursları yoxdur".

Xatırladaq ki, Rusiya Federasiyası Kommunist Partiyası qondarma "Donetsk və Luqansk Xalq Respublikalarının" (DXR və LXR) tanınması ilə bağlı Dövlat Dumasına təqdim olunması üçün qərar layihəsi hazırlayıb. Bu barədə Dövlət Dumasının deputatı Kazbek Taisayev bildirib. O, bu qətnaməyə baxılacağına əmin olduğunu söyləyib. Taisayevin sözlərinə görə, Minsk razılaşmalarının alternativi yoxdur: "Ancaq Kiyev çalışır ki, bu proses həyata keçməsin. Onlar bilərəkdən bunu gecikdirirlər, çünki onlara qurbanlar lazımdır, müharibə lazımdır. Çünki bu, xaricdən gələn sifarişdir. Biz bunu çox gözəl başa düşürük".

Təhməz Əsədov
Milli.Az