İranda zavodda güclü partlayış olub, yanğın başlayıb - FOTO

13 Yanvar 2022 11:28

Bu gün səhər İranın Əlborz vilayətinin İştihard sənaye parkında yağ emalı zavodunda güclü partlayış olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində baş verən yanğın davam edir. Hadisə yerinə yanğınsöndürmə maşınları cəlb olunub.

Hələlik ehtimal olunan ölü və yaralılar haqqında məlumat verilməyib.

Milli.Az