Öpərkən görüntülənmişdi, eşq iddialarını yalanladı

13 Yanvar 2022 15:18

Aktyor Rıza Kocaoğlu rejissor köməkçisi Burcu Alptekinlə ayrılıq iddialarına aydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən gün Cahangirdə görüntülənən aktyor ümumiyyətlə onunla münasibətdə olmadığını açıqlayıb. Daha əvvəl Burcunu öpərkən fotoları lentə alınan Rıza onunla yalnız dost olduğunu bildirib:

"Həyatımda eşq yoxdur. Burcu mənim sadəcə dostumdur".

Qeyd edək ki, "Çukur" serialında "Aliço" obrazına həyat verən Rıza hazırda "Üç kuruş"da rol alır.

Milli.Az