"Siz isti yerdə yatanda, mən qul kimi işləyirdim" - VİDEO

13 Yanvar 2022 17:12

Stilist Anar Ağakişiyev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə sərt cavab verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən gün evinin görüntüləri yayılan stilistin ünvanına mənfi rəylər yazıblar. Buna əsəbiləşən Ağakişiyev bahalı evini öz zəhməti ilə aldığını söyləyib:

"Bu şərh yazanlar heç düzəlmədi. Ağzınıza gələni yazırsınız. Nəhayət aranızda bir ağıllısı tapıldı, yazdı ki, Anar zəhməti ilə qazanıb. 22 ildir çalışıram, mənə düşmür bahalı evdə yaşamaq? Əvvəl yaşadığım evi, məhləni görsəydiniz, deyərdiniz dünyada tanınan adam burada qalır? Boş-boş şərh yazanlara dərs olsun, məni heç kimlə səhv salmayın. Gülər üzümü görmüsünüz, pis üzümü göstərməyim. Elə cavab verərəm ki, yeddi qatınızdan çıxar.

Məşhurları qınaq obyektinizə çevirmisiniz. Siz isti yataqda yatanda, mən məşhur olmaq üçün səhər 6-da oyanırdım. Qul, fəhlə kimi işləyirdim. Orada evimi yox, özümü nümayiş etdirirdim. Lap evimi göstərirəm, kimə nə? Get işlə, ondan yaxşı evin olsun. Bizə düşmən lazım deyil, sizin kimi şərh yazanlar var. Gedin işinizlə məşğul olun".

Milli.Az