"Mən də sizin kimi olum bir az"

13 Yanvar 2022 14:18

Müğənni Ayan Babakişiyeva sosial media hesabında tanışlarından gileylənib.

Milli.Az olay-a istinadən xəbər verir ki, ifaçı bir neçə insanı instaqramda izləmədən çıxardığını bildirib. O, yeni klipinə reaksiya verməyənlərə bu sözləri yazıb:

"Yeni ildən mən də bir az diqqətsizlik etsəm, problem olmaz məncə. Səhifəmdə azacıq da olsa, silkələnmə baş verdi. Əgər izləmədən çıxardığım insanlar fərqinə varsa, sual verməsinlər. Təbii ki, onların arasında heç ayda 1 dəfə də olsa, şəkil filan paylaşmayanı da var. Amma işimizi görüb, görməzlikdən gələni də, ona görə də mən də sizin kimi olum bir az".

Milli.Az