Azərbaycanda zibildən istehsal olunan elektrik enerjisinin həcmi açıqlandı

13 Yanvar 2022 10:48

Tullantıları böyük həcmdə zərərsizləşdirən Bakı bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ildən fəaliyyət göstərir. İllik yandırma gücü 500 min ton olan zavodda tullantıların yandırılması nəticəsində ildə 231,5 mln KVt/saat elektrik enerjisi istehsal olunur.

Bu barədə "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

"Əldə edilən elektrik enerjisi yüksək gərginlikli xətlər vasitəsi ilə Bakı şəhərinin ümumi şəbəkəsinə ötürülür. Qeyd edək ki, zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Dördüncü nəsil (4G) texnologiyaların tətbiq edildiyi bu zavod ətraf mühitin mühafizəsi sahəsində Avropa Birliyinin ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub", - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, zavod fəaliyyətə başlayandan 2021-ci ilin sonuna kimi 4 milyon tondan çox tullantı zərərsizləşdirilib və nəticədə 1,586,394 MVt/saat elektrik enerjisi istehsal edilib.

Milli.Az