Saatlıda 69 yaşlı kişi intihar edib

13 Yanvar 2022 13:36

Saatlı rayonunda intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qaranuru kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1953-cü il təvəllüdlü Nəsirov Mirzağa Mirzə oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az