Silah anbarında partlayış: 200 ölü! - VİDEO
6 Mart 2012 10:10
Milli.Az "Nezavisimaya qazeta"ya istinadən xəbər verir ki, artıq 200 nəfərin öldüyü rəsmən təsdiqlənib. 1500-dək yaralı var. Onların arasında bəzilərinin durumu ağırdır. Odur ki, ölənlərin sayının artacağı istina olunmur.
Şahidlərin sözlərinə görə, partlayış hərbi bazada başlanmış yanğın nəticəsində baş verib. Yanğının qarşısının vaxtında alınmaması onun silah anbarına keçməsinə səbəb olub. Partlayış səsləri qonşu şəhərlərdə də eşidilib. Şəhərin anbar yerləşən hissəsində isə sakinlər ev-eşiklərini tərk edərək qaçıblar.
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Uyğun link: