Bu tarixdə pensiyalar tam ödəniləcək

13 Yanvar 2022 10:12

Respublika üzrə bütün pensiyaların yanvarın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, ölkəmizdə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artımla 200 manatdan 240 manata çatdırılıb. Minimum pensiyanın artırılması 65 min pensiyaçını əhatə edir. Onlardan 44 min şəxsin pensiyaları artırılaraq 240 manata çatdırılıb. Digərləri isə il ərzində pensiyaya çıxacaq şəxslər olacaq ki, onlara təyin edilən pensiyanın minimum məbləği artıq 200 deyil, 240 manat təşkil edəcək. Artım üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılıb.

Milli.Az