Tahir İmanov bu aktrisa ilə baş rola çəkilmək istəyir - FOTO

13 Yanvar 2022 10:06

"Keçmiş televiziya rəhbərlərindən biri dedi ki, baxın görün müasir yumoristlər nə edir, siz də onu edin, məhz onlarla ayaqlaşın".

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri "MTV Azərbaycan" telekanalında yayımlanan "Üzə-düz" verilişinə qonaq olan Əməkdar Artist Tahir İmanov deyib. Aktyor verilişdə bir çox məqamlara aydınlıq gətirib. O, televizyaların münasibətindən gileylənib:

"Üzərimizə gəldilər, tənqid də etdilər amma hər zaman cəsarətliyik. Heç bir zaman çəkinmədik. Bu səbəbdən də bizi Azərbaycan televiziya məkanında 5 ilə yaxın qadağaya qoydular. Heç bir telekanal bizi qəbul eləmədi. Elə əksər kanallar da olub ki, ömür boyu bizi göstəriblər amma birdən-birə biz yaxşı adamlar olmadıq. Ad çəkməyəcəm, keçmiş televiziya rəhbərlərindən biri dedi ki, baxın görün müasir yumoristlər nə edir, siz də onu edin, məhz onlarla ayaqlaşın. Təbii ki, "Planet Parni iz Baku" olaraq biz bunu qəbul etmədik. KVN-nin öz prinsipləri var. 25 il sonra prinsiplərimizi dəyişə bilmərik. Tam səmimi deyə bilərik ki, biz hamının qarşısında eyni səviyyədə çalışmışıq".

Tahir İmanov dramatik rol ifa edərsə, baş rolu Gülzar Qurbanova ilə bölüşə biləcəyini bildirib:

"Açığı deyim ki, dramatik rol ifa etməyə hazır deyiləm. Fikrimi tam səmimi qəbul edin, dram çətindir. 30 ildir yumor və satira sahəsində işləmişəm. Çox böyük məşqlər tələb edir. Partnyorla məşqdən sonrakı münasibət var, gərək bunlara zaman ayırasan. Elə bir şansım olsa, Gülzar Qurbanova ilə baş rolu ifa etmək istəyərəm. Mənimçün o aktrisa bu sahənin ən parlaq nümayəndələrindən biridir. O xanım səhnədə çox səmimi və real oynaya bilir".

O, Zamiq Hüseynovu bəyəndiyini, onun kimi musiqiçlərin şou-biznesi dirçəltdiyini qeyd edib:

"Zamiq Hüseynovda səhnə mədəniyyəti, danışıq qabiliyyəti var. Onun 3 il əvvəlki Heydər Əliyev sarayında baş tutan konsertini televiziyada izlədim. Yaxşı mənada o konserti məni çox təəccübləndirdi. Oxumağı, səhnənin dekorasiyası, musiqiçiləri o qədər xoşuma gəldi ki, mən dərhal Zamiqə zəng edib ona təşəkkürümü bildirdim. Dedim Zamiq, mən elə bilirdim ki, bunlar ölüb amma Zamiq kimilər şou-biznesi dirçəldir. Yeniliklər gətirir, cəsarət tapıb retro mahnılara ikinci nəfəs verir. Möhürlü ifaları uğurla alındıra bilir".

Milli.Az