Əməliyyatdan sonra simpsonlara bənzədi - VİDEO

13 Yanvar 2022 12:42

"Rubyyfrais" nik adlı "TikTok" istifadəçisi dodaq dolğusunun çıxarılması prosedurundan sonra eybəcərləşmiş üzünün videosunu yayımlayıb və digər istifadəçilər tərəfindən Homer Simpsona bənzədilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı xanımın üzü və üst dodağı şişib. Onun sözlərinə görə, buna prosedurdan sonrakı allergiya səbəb olub.

Rubinin videosu "TikTok"-da 700.000-dən çox baxış toplayıb.

Bəzi şərhçilər onu səhlənkarlığa görə qınayıb və istənilən dərmanın allergik reaksiyaya səbəb ola biləcəyini xatırladıblar.

Milli.Az